SON XƏBƏRLƏR

İran təcavüzçüdür, hökmdarları isə dəlidir- Milli Təhlükəsizlik Arxivi sənədləri nəşr etdi

2025.12.26, 14:00
İran təcavüzçüdür, hökmdarları isə dəlidir- Milli Təhlükəsizlik Arxivi sənədləri nəşr etdi

Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivi tərəfindən açıqlanan üç sənəd, İranın nüvə proqramının qarşısının alınmasında ABŞ-Rusiya əməkdaşlığının yeni bir mənzərəsini təqdim edir.

Gunaz.tv

Sənədlər, proqramın əhatə dairəsi ilə bağlı narahatlıqların artdığı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında İran məsələsinin açılmasına səbəb olduğu illərə aiddir. Bu proses təxminən iyirmi il sonra İranın beynəlxalq ictimaiyyətlə münasibətlərinin formalaşdırılmasında hələ də əhəmiyyətli rol oynamaqda  davam edir.

İndi açıqlanan üç sənəd, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Corc Buş arasında 2001, 2005 və 2008-ci illərdə aparılan şəxsi söhbətlərin transkriptləridir.

Sənədlərə görə, iki lider İranın nüvə proqramının yaratdığı təhlükə barədə əvvəldən razılığa gəliblər və Vladimir Putin Sloveniyadakı Brdo Sarayında ilk söhbətləri zamanı İranın nüvə silahı istehsal etməyə çalışdığına inandığını bildirib.

Söhbət İranın silahların hazırlanması ilə bağlı tədqiqat aparmaqda ittiham olunduğu bir vaxtda baş tutub. Məhz bu söhbətdə Vladimir Putin Buşa pərdəarxası məlumatlar verərək, İran mütəxəssislərinin rusiyalı həmkarlarından nüvə silahlarının istehsalı ilə bağlı həssas məsələlər barədə soruşduqlarını söyləib.

2001 və 2008-ci illərə aid iki sənəddə Vladimir Putin öz ölkəsində pul qazanmaq üçün İranın nüvə proqramına işləyənlərin olduğunu desə də, Rusiya lideri onları tapıb cəzalandıracaqlarına təkid edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar