SON XƏBƏRLƏR

Pezeşkian parlamentə çağırılacaq- Millət vəkili

2025.12.26, 15:00
Pezeşkian parlamentə çağırılacaq- Millət vəkili

İran prezidenti Məsud Pezeşkian ölkədəki iqtisadi vəziyyətlə bağlı parlamentdə millət vəkllərinin sulallarını cavablandıracaq.

Gunaz.tv

Bunu parlamentin üzvü Müctəba Zolnuri deyib.

"Bir qrup nümayəndə parlamentdə prezidentə ölkənin iqtisadi vəziyyəti ilə bağlı suallar ünvanlayıb və buna görə başladılan imza toplanması gələn həftənin bazar və bazar ertəsi günləri başa çatacaq",- mühafizəkar qanadın nümayəndəsi olan millət vəkili bildirib.

Qeyd edək ki, bu məsələdə İran parlamentinin sədri və Pezeşkianın prezident seçikllərindəki rəqibi Məhəmməd Baqir Qalibafın əli olduğu barədə iddialar səsləndirilib.

Qalibaf bundan əvvəl də bir neçə dəfə Məsud Pezeşkian və onun komandasını ölkənin problemlərini həll edə bilməməkdə günahlandırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar