SON XƏBƏRLƏR

Güneyli rejissorun filmi beynəlxalq festivalda ekranlaşdırılacaq

2025.12.29, 14:29
Güneyli rejissorun filmi beynəlxalq festivalda ekranlaşdırılacaq

Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin yeni əsəri olan "Təpə Nənə" sənədli filmi Hindistanda keçirilən 9-cu Beynəlxalq Folklor Film Festivalına daxil edilib.

Gunaz.tv

Bu haqda rejissor özünün sosial media hesabında məlumat yayıb.

Rüqəyya Kəbiri və Məhəmməd Əlimuradinin tədqiqatları əsasında hazırlanan əsərin çəkiliş heyətində Hamid Rad, Əli Əşrəficu, Ziya Vəzife-Şüa və Şükufe Fərhadi təmsil olunub.

Folklor, yerli mədəniyyətlər, adət-ənənələr və xalq rəvayətləri ilə bağlı əsərlərin nümayişinə həsr olunmuş beynəlxalq festival 2026-cı il 15-20 yanvar tarixlərində keçiriləcək və dünyanın müxtəlif ölkələrindən filmlərə ev sahibliyi edəcək.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar