SON XƏBƏRLƏR

Netanyahu: İsrail və Amerika İbrahim sazişlərinin genişləndirilməsini mümkün hesab edir

2025.12.31, 09:39
Netanyahu: İsrail və Amerika İbrahim sazişlərinin genişləndirilməsini mümkün hesab edir

İsrailin Baş naziri Beniyamin Netanyahu bildirib ki, İsrail və Amerika İbrahim sazişlərinin Yaxın Şərqdə və ondan kənarda genişləndirilməsini real və əldəolunan məqsəd hesab edir.

Gunaz.tv

O, bu barədə "Newsmax" telekanalına müsahibəsində danışıb.

“Biz İbrahim sazişlərinin Yaxın Şərqdə və ondan kənarda, o cümlədən böyük müsəlman ölkələrini əhatə edəcək şəkildə genişləndirilməsini hədəfləyirik. Bunun mümkün olduğuna inanırıq”, – deyə Netanyahu vurğulayıb.

İsrail hökumətinin başçısı əlavə edib ki, Yaxın Şərq hazırda ciddi dəyişikliklər mərhələsindən keçir və bu proses sülh üçün yeni imkanlar yaradır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar