SON XƏBƏRLƏR

ABŞ: İranda edam hökmü qorxu yaratmaq üçün dövlət terroru vasitəsidir

2026.01.01, 11:36
ABŞ: İranda edam hökmü qorxu yaratmaq üçün dövlət terroru vasitəsidir

İranda edamlar ədalət məsələsi deyil. Onlar müxalifəti boğmaq və xalq arasında qorxu yaratmaq üçün dövlət terroru vasitəsidir.

Gunaz.tv

Bu, ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilib.

"İran rejimi bu qəddar təcrübəyə son qoymalı və bütün iranlıların fundamental hüquqlarına hörmətlə yanaşmalıdır",- bəyanatda bildirilib.

İranda edamların böyük əksəriyyətinin ədalətsiz məhkəmə prosesinin sistematik nəticəsi olduğu qeyd edilib:

"İran rejimi 2025-ci ildə 2024-cü ildə həyata keçirilən edamların ümumi sayından iki dəfədən çox, yəni 1900-dən çox insanı edam edib, bu da 2024-cü illə müqayisədə 164 faiz artım deməkdir. Bu rəqəmə hökumət qüvvələri tərəfindən öldürülən ən azı 74 mülki şəxs daxil deyil".

Qeyd edək ki, 2025-ci ildə İranda 2000-əyaxın məhbus edam edilsə də, dövlətə bağlı media yalnız 75 edam faktını rəsmi olaraq elan edilib. Ən azı 81 məhbus isə ailələri ilə son görüşə icazə verilmədən gizli şəkildə dar ağacından asılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar