SON XƏBƏRLƏR

Azərbaycanlı siyasi məhbus təkadamlıq kameraya salınıb

2026.01.02, 10:29
Azərbaycanlı siyasi məhbus təkadamlıq kameraya salınıb

İranın Yəzd şəhərinin həbsxanasında saxlanılan azərbaycanlı həkim və siyasi məhbus Həmid Qarahəsənli təkadamlıq kameraya salınıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları onun vəkili Möhsün Bayata istinadən məlumat yayıb.

"Məhbusların və özünün hüquqlarının pozulması və təzyiqlərə etiraz olaraq dekabrın 25-dən aclıq aksiyasına əl atan Qarahəsənli cəzalandırılaraq təkadamlıq kameraya köçürülüb",- vəkil bildirib.

Qeyd edək ki, Həmid Qarahəsənli və həyat yoldaşı Fərzanə Qarahəsənli 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyalarında "Bəsic" üzvünün öldürülməsindəki saxta ittihamla saxlanılıblar.

56 yaşlı rentgenoloq Həmid Qarahəsənli ilkin məhkəmədə edama məhkum edilsə də, sonradan barəsindəki hökm 15 il həbs cəzası ilə dəyişdirilib.

Onun 48 yaşlı həyat yoldaşı, laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli isə 5 il azadlıqdan məhrum edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar