SON XƏBƏRLƏR

Edama məhkum edilmiş azərbaycanlı məhbusun məktubu yayıldı

2026.01.03, 11:53
Edama məhkum edilmiş azərbaycanlı məhbusun məktubu yayıldı

Urmu şəhərinin həbsxanasında saxlanılan və edama məhkum edilmiş Yəqub Kərimpurun həbsxanada yazdığı məktubu yayılıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Kərimpur 15 dəqiqəlik mühakimədən sonra və müdafiəsinə icazə verilmədən edama məhkum edilməsini ədalətsiz qərarı adlandırıb.

O, həbs zamanı və istintaq təcridxanasında işkəncə edildiyini, saxta ittihamları qəbul etmək üçün həyat yoldaşını təhlükəsizlik idarəsinə apararaq təzyiq göstərildiyini və təhdid edildiyini yazıb.

Azərbaycanlı fəal barəsində irəli sürülən "İsrailə casusluq" ittihamının əsassız olduğuna diqqət çəkib, bunun üçün heç bir sübut olmadığını bildirib.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan 1984 təvəllüdlü Yəqub Kərimpur, 16 iyun 2025-ci ildə həbs edilərək, 12 günlük İran-İsrail müharibəsi dövründə "İsraillə əməkdaşlıq"da günahlandırılıb.

Marağa Universitetində Hüquq fakultəsini bitirən Kərimpur, ağır fiziki qüsurludur və xroniki xəstəliklərdən əziyyət çəkir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar