SON XƏBƏRLƏR

İraq İranın təzyiqinə reaksiya verdi - Problem olmayacaq!

2026.01.05, 10:00
İraq İranın təzyiqinə reaksiya verdi - Problem olmayacaq!

İraq hakimiyyəti ölkədə İran qazının idxalının dayandırılması ilə əlaqədar elektrik enerjisinin verilişinin azaldılacağı barədə yayılan məlumatları təkzib edib.

Gunaz.tv

Bu barədə İraq Elektrik Enerjisi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin açıqlamasında sosial şəbəkələrdə guya İran qazının tədarükündə fasilələr səbəbindən gündəlik elektrik verilişinin bir saat azaldılacağına dair iddiaların həqiqətə uyğun olmadığı vurğulanıb.

Bildirilib ki, İraqda istehsal olunan elektrik enerjisinin təxminən 70 faizi yerli yanacaq hesabına təmin edilir.

Qeyd edək ki, İran ötən ilin dekabr ayının 23-dən İraq qaz ixracını dayandırıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar