SON XƏBƏRLƏR

İran vətəndaşlarının əksəriyyəti narazıdır - "Həm mihən"

2026.01.05, 12:19
İran vətəndaşlarının əksəriyyəti narazıdır - "Həm mihən"

Hazırda ölkə vətəndaşlarının 92%-9 hakim iqtisadi şəraitdən narazıdır.

Gunaz.tv

Bunu İranın "slahatçı" siyasi qanada yaxın "Həm mihən" qəzeti yazıb.

Nəşri İran Parlamentinin Araşdırmaları Mərkəzinin hesabatına istinadən son illər yoxsulların sayının artıdığını və hər 3 nəfərdən birinin mütləq yoxsul olduqdan əziyyət çəkdiyini bildirib.

"Xüsusən son illər iqtisadi vəziyyət kəskin pisləşib və yoxsulluq xroniki xarakter alıb",- qəzet qeyd edib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) yeni cədvəlləri 2025-ci ildə İran milli valyutasının ən sürətlə dəyər itirən üç ölkədən biri olduğunu göstərir.

Məlumata görə, ilin əvvəlində 100 dollar dəyərində olan vətəndaş əmanətləri ilin sonunda real olaraq 69 dollara enib. 

Bildirilib ki, İran bu göstərici ilə yalnız Venesuela və daha bir ölkədən geri qalır. Ekspertlər bunu faktiki olaraq milli valyutanın iflası kimi qiymətləndirir. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar