SON XƏBƏRLƏR

Rəsmi Tehran Suriyanın yeni hökumətinin Bəşər Əsədə görə İrandan təzminat tələb etməsi məsələsinə münasibət bildirib

2026.01.05, 12:52
Rəsmi Tehran Suriyanın yeni hökumətinin Bəşər Əsədə görə İrandan təzminat tələb etməsi məsələsinə münasibət bildirib

Suriya İrandan Bəşər Əsədə dəstəyə görə təzminat istəyir.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi mətbuat konfransında Suriyanın maliyyə nazirinin bəyanatına cavab verərkən deyib.

“Ölkələr arasında iqtisadi tələblər qanunlar və qaydalara malikdir. Maliyyə tələbləri hökumət dəyişikliyi ilə dəyişmir və aradan getmir”, - Bəqayi vurğulayıb.

Qeyd edək ki, İran Suriyanın dövlət borclarının ödənməli olduğunu bildirir.

Suriyanın maliyyə naziri Məhəmməd Bərniyə isə İranın mövqeyinə cavab olaraq, rəsmi Tehranın Bəşər Əsəd hökumətinə dəstəyini və dağıntılarda rolunu nəzərə alaraq, İrandan təzminat tələb ediləcəyini vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar