SON XƏBƏRLƏR

Danışıqlar nəticə verməsə İran vurulacaq - Media

2026.01.05, 14:33
Danışıqlar nəticə verməsə İran vurulacaq - Media

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp danışıqlar uğursuz olarsa, İrana zərbə endirmək barədə razılığa gəliblər.

Gunaz.tv

Bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ prezidenti və baş nazir görüş zamanı İran onların şərtləri ilə razılaşmasa, ona hücum etmək barədə razılığa gəliblər. Anlaşma Qəzzada müharibənin ikinci mərhələsinə keçidi və Livanda bitərəfliyin qorunub saxlanmasını da əhatə edir.

Qeyd edək ki, Benyamin Netanyahu ilə Donald Tramp arasında görüş 28 dekabr 2025-ci ildə baş tutub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar