SON XƏBƏRLƏR

Abbas Əraqçı Livana səfər edib

2026.01.08, 15:59
Abbas Əraqçı Livana səfər edib

Bu gün səhər saatlarında İranın xarici işlər naziri Abbas Əraqçı başçlıq etdiyi siyasi və iqtisadi nümayəndə heyətinin müşayiətilə Livanın paytaxtı Beyruta uçub.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

"Livanla və bu ölkənin hökuməti ilə münasibətlərimiz həmişə mövcud olub və biz bu münasibətləri genişləndirməyə çalışırıq",- nazir jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, bu səfər Beyrut-Tehran arasında münasibətlərinkəskin gərginləşdiyi bir vaxta təsadüf edir.

Livan xarici işlər naziri Yusif Raci bundan əvvəl Abbas Əraqçının onu İrana səfər təklifini rədd edib.

O, İranın Livanda və regionda rolunu çox mənfi adlandırıb və Tehranın siyasətini regional qeyri-sabitlik amili hesab edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar