SON XƏBƏRLƏR

Xamənei ən yüksək hazırlıq vəziyyətində qalmağı əmr edib

2026.01.10, 11:49
Xamənei ən yüksək hazırlıq vəziyyətində qalmağı əmr edib

İran rəhbəri Əli Xaməneyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) 12 günlük müharibə dövründəkindən daha yüksək, hətta ən yüksək hazırlıq səviyyəsində qalmağı əmr edib.

Gunaz.tv

Bu haqda Britaniyanın "Teleqraf" nəşri İran mənbələrinə istinadən məlumat yayıb.

"İslam Respublikasının lideri ordu və polisdən daha çox Sepah ilə əlaqə saxlayır, çünki o, Sepah-da qüsur riskini demək olar ki, sıfıra bərabər hesab edir və taleyini Sepah-ın əlinə buraxıb",- adı açıqlanmayan iranlı mənbə bildirib.

Əlavə edilib ki, hər hansı xarici müdaxilə geniş miqyaslı müharibə ilə nəticələnəcək:

“Trampın hər hansı bir müdaxiləsi apokaliptik müharibəyə səbəb ola bilər. 12 günlük müharibə zamanı qəsdən toxunulmamış saxlanılan Sepah-ın yeraltı raket şəhərləri artıq tam hazırlıq vəziyyətindədir. Bu dəfə hər şey tamamilə fərqli olacaq.”

"Teleqraf" nəşri mənbəyə istinad edərək Əli Xaməneinin istənilən halda, hətta "B-52 bombardmançı təyyarələri başının üstündən uçsa belə, Tehranı tərk etməyəcəyi”ni yazıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar