SON XƏBƏRLƏR

İran rejiminin qalması Xameneinin Trampla birbaşa danışıqlarından asılıdır

2026.01.16, 06:42
İran rejiminin qalması Xameneinin Trampla birbaşa danışıqlarından asılıdır

Gunaz.tv

Amerikanın «Axios» saytı xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran rejiminin devrilməməsini birbaşa olaraq İranın ali rəhbəri Əli Xamenei ilə birbaşa danışıqların aparılması şərti ilə əlaqələndirib.

Məlumata görə, Donald Tramp bildirib ki, yalnız bu halda İranla bağlı rejim dəyişikliyi siyasətindən imtina edilə bilər və bunun üçün Əli Xameneinin şəxsən birbaşa danışıqlara qatılması vacibdir.

«Axios» qeyd edir ki, bu mövqe Trampın İran hakimiyyəti ilə mümkün hər hansı razılaşma üçün irəli sürdüyü əsas şərtlərdən biri kimi dəyərləndirilir.

Xəbər son həftələrdə İran daxilində və beynəlxalq müstəvidə təzyiqlərin artdığı, eyni zamanda hakimiyyətə yaxın bəzi siyasi fiqurların daxili və xarici böhranların idarə olunması istiqamətində pərdəarxası təmaslar apardığına dair iddiaların gücləndiyi bir vaxtda yayılıb.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar