SON XƏBƏRLƏR

İran səması təhlükəli zonadır - Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi

2026.01.17, 09:49
İran səması təhlükəli zonadır - Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa Birliyinə üzv ölkələrin aviaşirkətlərinə növbəti xəbərdarlığa qədər İran hava məkanından istifadə etməməyi tövsiyə edib.

Gunaz.tv

Xəbərdarlıq İranda milli etirazların zorakılıqla yatırılmasından sonra İslam Respublikası ilə ABŞ arasında artan gərginlik fonunda verilib. EASA bildirir ki, bölgədəki qeyri-sabit təhlükəsizlik vəziyyəti mülki aviasiya üçün yüksək risk yaradır.

Agentliyin açıqlamasında qeyd olunur ki, İranda müxtəlif növ silah sistemlərinin və hava hücumundan müdafiə vasitələrinin mövcudluğu və potensial istifadəsi, eləcə də dövlət strukturlarının gözlənilməz hərbi və təhlükəsizlik addımları bütün uçuş hündürlüklərində ciddi təhlükə mənbəyidir.

"Mövcud şərait sərnişin təyyarələrinin təhlükəsizliyini birbaşa təhdid edir",- EASA vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar