SON XƏBƏRLƏR

Kərəcdə 17 yaşlı türk gənci öldürülüb

2026.01.18, 11:48
Kərəcdə 17 yaşlı türk gənci öldürülüb

Kərəc şəhərinin Əzimiyyə sakini, 17 yaşlı türk gənci Sam Əfşari, 8 yanvar 2026-cü il tarixində İran rejiminin qüvvələrinin açdığı atəş nəticəsindən başından aldığı güllə yarası nəticəsində həyatını itirib.

Gunaz.tv

Qeyd etmək lazımdır ki, son etirazlarda, xüsusən də Kərəc və Tehran şəhərlərində ölənlərin çoxu türkdür. Son günlərdə bu insanların bəzilərinin şəxsiyyəti müəyyən edilib, lakin internetin kəsilməsi və İran daxilində ünsiyyətin mümkün olmaması səbəbindən bu insanların çoxunun şəxsiyyətini müəyyən etmək mümkün deyil.

İran rejimi ölənlərin cəsədlərini ailələrinə təhvil verməkdən imtina edir və cəsədlər müqabilində "güllələnmə haqqı" olaraq 700 milyon tümən pul tələb edir.

Rejim həmçinin etirazlarda öldürülən etirazçıların "terrorçular" və müxaliflər tərəfindən öldürüldüyünü iddia etməyə çalışır və qurbanların ailələrindən məcburi etiraflar alır.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar