SON XƏBƏRLƏR

Rejim qüvvələri iki Qaşqay yeniyetməni öldürüb

2026.01.18, 11:52
Rejim qüvvələri iki Qaşqay yeniyetməni öldürüb

Rejim qüvvələri tərəfindən iki Qaşqay yeniyetmə, Cabir Pənahi və Əbülfəz Heydəri Musulu qətlə yetirilib.

Gunaz.tv

"QayıNews"un məlumatına görə, 16 yaşlı Qaşqay yeniyetməsi Caber Pənahi Şiraz əyalətinin Çenarşican şəhərində rejim qüvvələri tərəfindən hədəfə alınıb və hadisə yerində ölüb.

Həmçinin, "BaydaqNews"un məlumatına görə, 17 yaşlı Qaşqay yeniyetmə Əbülfəz Heydəri Musulu da 8 yanvar tarixində Şiraz əyalətinin Qır şəhərində keçirilən etirazlar zamanı İnqilab Keşikçilərinin birbaşa atəşi nəticəsində öldürülüb.

Ailəyə yaxın bir mənbənin verdiyi məlumata görə, onun cəsədi ailəyə təhdid altında bir şərtlə təhvil verilib ki, onlar oğullarının etirazlarda öldürülmədiyini bildirsinlər.

Mənbənin məlumatına görə, ailə dəfn mərasimini cümə günü keçirməyi planlaşdırırdı, lakin izdiham və insanların toplaşması ehtimalı səbəbindən hakimiyyət orqanları cəsədi təhvil verməkdən imtina edib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar