SON XƏBƏRLƏR

KİV: İranda məhbuslara bilinməyən tərkibli iynələr vurulur

2026.01.19, 11:23
KİV: İranda məhbuslara bilinməyən tərkibli iynələr vurulur

İran həbsxanalarında saxlanılan etirazçılar məcburi olaraq çılpaq saxlanılır, soyuq havaya məruz qoyulur və onlara bilinməyən tərkibli iynələr vurulur.

Gunaz.tv

Bu barədə saxlanılanların ailələrinə yaxın olan mənbələr məlumat verib.

Mənbə bildirib ki, saxlanılan gənc etirazçı həbsxananın içindən xəbər göndərərək, özü və bir neçə nəfərin həbsdən sonra bu cür rəftara məruz qaldığını bildirib.

Məhbusun sözlərinə görə, həbsxana əməkdaşları məhbusları saxlama müəssisəsinin həyətində çılpaq soyundurub və soyuq hava şəraitində uzun müddət binanın xaricində saxlayıblar. Mənbə bildirib ki, daha sonra zabitlər məhbuslara şlanq vasitəsilə soyuq su püskürdüblər.

Məhbus həmçinin bildirib ki, ertəsi gün həbsxana əməkdaşları ona və bir neçə digər məhbusa tərkibində müəyyən edilməmiş maddələr olan iynə vurublar.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar