SON XƏBƏRLƏR

Netanyahudan İran hakimiyyətinə misilsiz təhdid: Hücum olarsa, indiyədək görünməmiş cavab veriləcək

2026.01.20, 07:54
Netanyahudan İran hakimiyyətinə misilsiz təhdid: Hücum olarsa, indiyədək görünməmiş cavab veriləcək

Gunaz.tv

İsrailin baş naziri Benyamin Netanyahu ölkə parlamentində (Knesset) etdiyi çıxışda İran hakimiyyətinə açıq və misilsiz xəbərdarlıq edib. O bildirib ki, İsrailə qarşı istənilən hücum halında qarşı tərəf “tarixdə bənzəri olmayan” bir cavabla üz-üzə qalacaq.

Netanyahu İsrailin təhdidlərə qarşı tam hazırlıqlı olduğunu vurğulayaraq deyib ki, İran hakimiyyəti səhv hesablamaya yol verər və hərbi addım atarsa, İsrailin cavabı indiyədək görülməmiş səviyyədə olacaq.

O, mümkün cavabın detalları barədə açıqlama verməsə də, İsrailin öz təhlükəsizliyini qorumaq üçün bütün vasitələrdən istifadə edəcəyini xüsusi olaraq qeyd edib. Bu açıqlama son həftələr İsrail ilə İran hakimiyyəti arasında artan gərginlik fonunda səsləndirilib.

Netanyahunun bəyanatı media və siyasi müşahidəçilər arasında geniş rezonans doğurub və Tehran üçün birbaşa və çəkindirici mesaj kimi dəyərləndirilib.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar