SON XƏBƏRLƏR

İranda etiraz aksiyalarını işıqlandıran qəzetin nəşri qadağan edildi

2026.01.20, 11:39
İranda etiraz aksiyalarını işıqlandıran qəzetin nəşri qadağan edildi

Tehranda nəşr olunan "Həm mihən" qəzetinin nəşrinə qadağa qoyulub.

Gunaz.tv

Bu haqda qəzetin redaktoru Məhəmməd Cavad Ruh bildirib.

"Qəzet etiraz aksiyaları ilə bağlı iki məqalə dərc etdiyinə görə Mətbuat Nəzarət Şurası tərəfindən qadağan edilib",- o əlavə edib.

Redaktorun sözlərinə görə, "İlamdan Sinaya qədər xəstəxanaların macərası" başlığı ilə dərc olunan məqalələrdən biri etirazlar zamanı tibbi yardımın toxunulmazlığının pozulması məsələsinə həsr olunubmuş.

Qeyd edək ki, etiraz aksiyaları zamanı hökumət məmurları yaralananların müalicə olunduğu xəstəxanalara hücum edib, yaralıların müalicəsinə mane olub, ağır vəziyyətdə olan şəxsləri həbs ediblər.

Bir sıra insan haqları təşkilatlarının bildirdiyinə görə, xəstəxanalara hücum zamanı çox sayda yaralı güllələnib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar