SON XƏBƏRLƏR

May Sato: etirazlarda baş verən ölümlər insanlığa qarşı cinayət hesab edilə bilər

2026.01.20, 12:26
May Sato: etirazlarda baş verən ölümlər insanlığa qarşı cinayət hesab edilə bilər

BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi İranda insanlığa qarşı potensial cinayətlərlə bağlı müstəqil araşdırma aparılmasını tələb edərək, mövcud beynəlxalq fakt araşdırma mexanizminin son etirazların yatırılmasını araşdırmaq üçün genişləndirilə biləcəyini söyləyib.

Gunaz.tv

ABC News-a verdiyi müsahibədə Mai Sato BMT İnsan Hüquqları Şurasının təcili iclasının bu həftənin əvvəlində keçirilə biləcəyini və 2022-ci il Qadın, Həyat, Azadlıq etirazlarından sonra yaradılan beynəlxalq fakt araşdırma missiyasının davam etdirilməsinə çağırış edə biləcəyini söyləyib.

"Onlara sübut toplamaq və insanları məsuliyyətə cəlb etmək üçün bu [son] etirazları və onun insan hüquqlarına təsirini araşdırmaq tapşırıla bilər" - deyə May Sato bildirib.

Rejimin Bəşəriyyətə qarşı cinayətlər törədib-törətmədiyi soruşulduqda, Sato bunun mümkün olduğunu, lakin araşdırma tələb olunduğunu söyləyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar