SON XƏBƏRLƏR

Tom Barrack ABŞ-ın Suriya ilə bağlı son qərarını açıqladı

2026.01.21, 05:48
Tom Barrack ABŞ-ın Suriya ilə bağlı son qərarını açıqladı

YPG artıq ABŞ üçün birinci dərəcəli tərəfdaş hesab edilmir.

Gunaz.tv

ABŞ-ın Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barrack tarixi bir açıqlama ilə çıxış etdi.

Barrack Suriyada artıq bir dövlətin mövcud olduğunu bildirərək, YPG-nin DEAŞ-a qarşı mübarizədəki xüsusiyyətini itirdiyini dedi.

Barrak vurğulayıb ki, “hazırda Suriyada bir dövlət mövcuddur” və YPG-nin İŞİD-lə mübarizədəki rolu faktiki olaraq başa çatıb.

Barrack vurğuladı: “YPG artıq bizim birinci tərəfdaşımız deyil, onlar Dəməşqə inteqrasiya olunmalıdırlar. YPG-nin sahədə əsas anti-DEAŞ qüvvəsi olma istiqamətindəki əsas məqsədi böyük ölçüdə sona çatıb”, – deyə o bildirib.

Ekspertlər Barrakın bu açıqlamalarını ABŞ-ın Suriyadakı kürd silahlı qruplarına münasibətində mühüm dəyişiklik kimi qiymətləndirir və bunun ölkədəki güc balansına, eləcə də Suriyanın siyasi gələcəyinə ciddi təsir göstərə biləcəyini bildirirlər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar