SON XƏBƏRLƏR

Tramp: “Ərdoğanla çox mühüm telefon danışığım olacaq”

2026.01.21, 06:07
Tramp: “Ərdoğanla çox mühüm telefon danışığım olacaq”

“Suriyada yaxşı bir iş gördük”

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp vəzifəyə gəlişinin birinci ili münasibətilə Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlamalar verib.

Tramp Suriyada baş verən proseslərə toxunaraq, “Suriyada yaxşı bir iş gördük” deyə bildirib.

Suriya Prezidenti Əhməd Şara barədə də danışan ABŞ prezidenti onu “çox ciddi çalışan və güclü bir lider” kimi xarakterizə edib.

Jurnalistlərin suallarını cavablandıran Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın zamanda “çox mühüm” bir telefon danışığı aparacağını açıqlayıb. O, Ərdoğan barədə “Onu çox sevirəm” ifadəsini işlədib.

Trampın bu açıqlamaları ABŞ–Türkiyə münasibətləri və Suriya məsələsində mümkün yeni diplomatik təmaslar fonunda diqqət çəkir.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar