SON XƏBƏRLƏR

Çin İrana hərbi yardım göndərir?- Media

2026.01.21, 15:36
Çin İrana hərbi yardım göndərir?- Media

Misli görünməmiş və böyük bir lojistik əməliyyat nəticəsində 56 saat ərzində Çinin 16 hərbi yük təyyarəsi İrana enib.

Gunaz.tv

Bu barədə "Xabar online" saytı İranın "Fars" xəbər agentliyinə istinadən məlumat yayıb.

"Pekin və Tehran arasında strateji əməkdaşlığın əhəmiyyətli dərəcədə artdığını göstərən bu əməliyyat, bu qədər qısa müddətdə indiyə qədər qeydə alınan ən böyük transferdir",- məlumatda bildirilib.

Qeyd olunub ki, Y-20 “Kunpeng” kimi Çin ağır strateji nəqliyyat təyyarələrindən istifadə etməklə həyata keçirilən hava daşınması, vacib hərbi texnikanın və ya personalın sürətli şəkildə yerləşdirilməs barədəi ehtimalı gücləndirir.

Bu addım Qərbin Yaxın Şərqdəki sanksiyalarına və məhdudlaşdırma səylərinə birbaşa meydan oxuyur və artan regional gərginlik fonunda Prezident Si Cinpini İrana dəstəyini nümayiş etdirir.

Analitiklər “hava daşınmasını” regiondakı geosiyasi tarazlıq üçün oyun dəyişdiricisi kimi görürlər. Onların fikrincə, minlərlə kilometr uzaqlıqdakı əsas müttəfiqini tez bir zamanda təchiz etmək qabiliyyətini nümayiş etdirməklə, Çin öz gücünü sərhədlərindən kənara çıxarır və ABŞ-ın təsirinə qarşı çıxa bilən anti-Qərb oxunu gücləndirir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar