SON XƏBƏRLƏR

İrana hücum ehtimalı - İsrail müdafiə tədbirlərini gücləndirdi

2026.01.22, 11:33
İrana hücum ehtimalı - İsrail müdafiə tədbirlərini gücləndirdi

İsrailin müdafiə qurumları Donald Trampın İslam Respublikasının mövqelərini hədəf almaq qərarına gəlməsi ehtimalını nəzərə alaraq orduda həyəcan səviyyəsini artırıb.

Gunaz.tv

Bu barədə İsrailin "Haaretz" qəzeti təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda yaxın bir neçə gün ərzində hərbi əməliyyatların mümkünlüyü qeyd olunur.

Bildirilir ki, ABŞ-ın hərbi əməliyyatı halında İran raket hücumu ilə İsraili müharibəyə sürükləyə bilər. Bəzi ordu rəsmiləri həmçinin bildiriblər ki, Tehranın cavabının ilkin mərhələlərində İsrail əsas hədəf olmaya da bilər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar