SON XƏBƏRLƏR

Ərdəbildə rejim tərəfindən öldürülən daha bir gənc - Əbülfəz Cahani

2026.01.24, 12:16
Ərdəbildə rejim tərəfindən öldürülən daha bir gənc - Əbülfəz Cahani

Ərdəbilin Niyar şəhərindən olan və sendviç satıcısı işləyən Əbülfəz Cahani şəhərdə baş verən son etirazlar zamanı rejim qüvvələri tərəfindən qətlə yetirilib.

Gunaz.tv

Yerli mənbələrindən alınan məlumata görə, o, dostlarından biri ilə birlikdə xalq etirazlarında iştirak edib və 8 yancar tarixində İran rejiminin qüvvələri tərəfindən başından güllələnərək həyatını itirib.

Məlumata görə, Əbülfəz Cahaninin cəsədi ailəsinə dörd gündən sonra təhvil verilib və cəsədin çatdırılması üçün ailədən külli miqdarda pul tələb olunub.

Həmçinin bildirilib ki, mərhumun ailəsinə mediaya məlumat verməkdən və ictimai mərasimlər keçirməkdən çəkinmək üçün təzyiq göstərilib.

Alınan məlumatlara görə, Ərdəbildəki etirazlarda çox sayda insan həyatını itirib. Sərt təhlükəsizlik mühiti və informasiya məhdudiyyətləri səbəbindən qurbanların və saxlanılanların dəqiq sayı hələ də məlum deyil.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar