SON XƏBƏRLƏR

Urmiyada rejim tərəfindən öldürülən iki nəfərin kimliyi məlum olub

2026.01.24, 12:23
Urmiyada rejim tərəfindən öldürülən iki nəfərin kimliyi məlum olub

Urmiyadan gələn xəbərlərə görə rejim tərəfindən qətlə yetirilən daha iki nəfərin, Hadi Cəfəri və Babək Yaqubinin kimliyi müəyyən edilib.

Gunaz.tv

Şəhərdəki etirazlar zamanı rejim qüvvələrinin etirazçılara birbaşa atəş açması nəticəsində onlarla insan həlak olub və yaralanıb. Lakin, sərt təhlükəsizlik mühiti və informasiya məhdudiyyətləri səbəbindən qurbanların dəqiq sayı hələ də məlum deyil.

Ölənlər arasında 37 yaşlı Hadi Cəfəri Qotur və 46 yaşlı Babək Yaqubinin şəxsiyyətləri təsdiqlənib.

Lakin faciə ondadır ki, son günlərdə bu şəhərdə onlarla şəxs "naməlum" kimi dəfn edilib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar