Qətnamədə İranda insan hüquqlarının vəziyyəti dərin narahatlıq doğuran kimi təsvir edilib və xüsusilə son etirazlar aksiyalarının yatırılması, qadın və uşaqlar da daxil olmaqla dinc etirazçıların öldürülməsi, çox sayda vətəndaşın yaralanması və minlərlə insanın özbaşına həbsi və saxlanmasına toxunulub. Şura dərhal, müstəqil və hərtərəfli araşdırmanın aparılmasının, eləcə də günahkarların məsuliyyətə cəlb edilməsinin və sistematik cəzasızlığa son qoyulmasının vacibliyini vurğulayıb.
Səsvermə zamanı Kuba, Pakistan, Misir və Çin qətnaməyə qarşı çıxmalarına baxmayarq, qətnamə 25 lehinə, 7 əleyhinə və 14 bitərəf səslə qəbul edilib.
Bu qətnamədə İnsan Hüquqları Şurası vətəndaşların ayrılmaz hüquqlarını, o cümlədən yaşamaq hüququnu, ifadə azadlığını, toplaşmaq azadlığını, düşüncə və din azadlığını vurğulayaraq, bu hüquqların kiber məkanda da təmin edilməli olduğunu bildirib.
Həmçinin, 2025-ci ildə İranda edamların sayında narahatlıq doğuran artım barədə xəbərdarlıq edərək, ölüm hökmünün ən ağır cinayətlər çərçivəsinə düşməyən hallarda tətbiq olunduğu bildirilib. Şura saxlanılan etirazçılara qarşı ölüm hökmünün tətbiqi riskini ciddi hesab edib və beynəlxalq ictimaiyyətdən dərhal reaksiya tələb edib.
GünazTV