SON XƏBƏRLƏR

İran hakimiyyətinin diplomatları qaçış axtarışındadır; Avropada sığınacaq üçün gizli təmaslar

2026.01.24, 13:57
İran hakimiyyətinin diplomatları qaçış axtarışındadır; Avropada sığınacaq üçün gizli təmaslar

Gunaz.tv

BMT Watch (United Nations Watch) təşkilatının icraçı direktoru, beynəlxalq hüquqşünas Hillel C. Neuer diplomatik mənbələrə istinadla bildirib ki, Avropada fəaliyyət göstərən İran hakimiyyətinə bağlı diplomatlar arasında qeyri-müəyyənlik, qorxu və sabitliyin pozulması açıq şəkildə artıb.

Neuerin sözlərinə görə, son günlər İran hakimiyyətinin bir neçə rəsmi nümayəndəsi diplomatik prosedurlardan kənar və məxfi şəkildə xidmət etdikləri ölkələrin səlahiyyətli qurumları ilə əlaqə saxlayaraq siyasi sığınacaq imkanları və bunun şərtləri barədə məlumat almağa çalışıblar. Qeyd olunur ki, bu təmaslar rəsmi kanallardan kənar və tam gizli formada aparılıb.

Bu açıqlamalar kütləvi etirazların genişlənməsi, hakimiyyət daxilində dərinləşən çatlar və beynəlxalq təzyiqlərin artdığı bir dövrdə səsləndirilir. Müşahidəçilərin fikrincə, mövcud vəziyyət İran hakimiyyətinin daxili strukturlarında etimadın ciddi şəkildə sarsıldığını göstərir və artıq hakimiyyətə bağlı diplomatlar belə mümkün siyasi dəyişikliklər baş verməmiş şəxsi xilas yollarını təmin etməyə çalışırlar.

Analitiklər bu gizli hərəkətləri İran hakimiyyətinin yuxarı qatlarında sürətlənən dağılma prosesinin və Əli Xameneinin gələcəyi ilə bağlı dərin etimadsızlığın açıq göstəricisi kimi dəyərləndirirlər.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar