SON XƏBƏRLƏR

ABŞ və Britaniya qüvvələrinin bölgəyə cəlbi İrana hücum ehtimalını artırır- Hərbi mənbə

2026.01.24, 15:26
ABŞ və Britaniya qüvvələrinin bölgəyə cəlbi İrana hücum ehtimalını artırır- Hərbi mənbə

Regional gərginliklər fonunda Britaniya Müdafiə Nazirliyi  Qətərə bir neçə "Tayfun" qırıcı təyyarəsi göndərdiyini açıqlayıb. 

Gunaz.tv

Bu, ABŞ-ın bölgəyə hərbi avadanlıq və qoşun göndərməsi  ilə eyni vaxtda və ABŞ-ın İrana hücum ehtimalının artması ilə əlaqədardır.

ABŞ Prezidenti Donald Tramp yanvarın 22-də İrana "ehtiyat tədbiri olaraq" bir donanma hərbi gəmisi göndərdiyini və ölkədəki etirazçılara qarşı tədbirlər görmək üçün lazım gələrsə, hazır olacağını açıqlayıb.

"Biz ora böyük bir donanma göndərdik və ondan istifadə etmək lazım olmaya bilər",- ABŞ prezidenti deyb.

"National" qəzetinin müdafiə mənbəyinə istinadən verdiyi məlumata görə, bölgədə artan qoşun sayı "ABŞ-ın İrana hücum ehtimalı ilə tamamilə uyğundur."

"Britaniya qüvvələrinin bölgədəki mövcudluğu yalnız arxayınlıq üçün deyil, həm də İranın hər hansı bir cavab hücumuna qarşı əlavə müdafiə təbəqəsi təmin etmək məqsədi daşıyır",- hərbi mənbə əlavə edib.

Bildirilib ki, bu qırıcılar İranın Şahid-136 dronlarını vurmaqda çox yüksək qabiliyyətə malikdirlər.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar