SON XƏBƏRLƏR

Pezeşkian və Əraqçı Trampa məktub göndərib

2026.01.26, 12:03
Pezeşkian və Əraqçı Trampa məktub göndərib

İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı İrana hücumu təxirə salmaq üçün ABŞ przidenti Donald Trampa yazılı mesaj göndərib.

Gunaz.tv

Bu barədə “Israel HaYom” qəzeti məlumat yayıb.

Qəzet yüksək vəzifəli İsrail rəsmisinə istinadən bildirib ki, Abbas Əraqçı və Məsud Pezeşkian gərginliyin artmasının qarşısını almaq məqsədilə ABŞ prezidenti Donald Trampa birbaşa mesaj göndəriblər.

“Israel HaYom”-un məlumatına görə, adının çəkilməsini istəməyən İsrail rəsmisi bildirib ki, Trampın xüsusi elçisi Stiv Uitakoff mesajı Məsud Pezeşkianın yazılı zəmanəti ilə birlikdə ABŞ prezidentinə çatdırıb. Mənbənin sözlərinə görə, Əraqçinin göndərdiyi mesaj WhatsApp vasitəsilə qəbul edilib və bu, Trampı mümkün hücumu təxirə salmağa inandırmaq səylərinin bir hissəsiir.

Məlumata görə, İran prezidentinin yazılı zəmanəti mesajın əsas hissəsi olub və Tehranla Vaşinqton arasında etimad atmosferi yaratmaq və diplomatik yolu açmaq üçün nəzərdə tutulub. İsrailli rəsmi vurğulayıb ki, bu hərəkət Trampın qərarını təxirə salan yeganə amil olmasa da, ABŞ prezidentinin məsələyə yanaşmasına və əhval-ruhiyyəsinə təsir edib.

Mənbəyənin bildirdiyinə görə, bu mesaj göndərildiyi zaman böyük bir hərbi əməliyyat üçün lazımi hazırlıqlar tam olaraq yekunlaşdırılmamışdı və bu məsələ, Tehranın mesajı ilə birlikdə, mümkün hücum qərarının vaxtının dəyişdirilməsində rol oynayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar