SON XƏBƏRLƏR

İranın Cenevrədəki BMT nümayəndəsi Tehranın "istənilən ssenariyə" hazır olduğunu bildirib

2026.01.26, 19:40
İranın Cenevrədəki BMT nümayəndəsi Tehranın "istənilən ssenariyə" hazır olduğunu bildirib

İranın Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının ofisindəki daimi nümayəndəsi Əli Bəhreyni bildirib ki, Tehran ABŞ ilə artan gərginlik fonunda "hücum ehtimalı da daxil olmaqla, istənilən ssenariyə hazırdır".

Gunaz.tv

Dövlət mediasının məlumatına görə, Bəhreyni deyib: "ABŞ-nin davranışları gözlənilməzdir, ona görə də biz istənilən ssenariyə, o cümlədən istənilən mümkün təcavüzə hazırıq".

Bəhreyni bildirib ki, İranın xarici işlər naziri ilə ABŞ səfiri Stiv Vitkoff arasında qeyri-rəsmi mesajlar mübadiləsi aparılıb, lakin bu əlaqələri danışıqlar kimi təsvir etmək çətindir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar