SON XƏBƏRLƏR

The Guardian: ABŞ-ın mümkün hücumu halında İranın siyasi rəhbərliyinin hədəfə alınması ehtimalı artır

2026.01.27, 08:06
The Guardian: ABŞ-ın mümkün hücumu halında İranın siyasi rəhbərliyinin hədəfə alınması ehtimalı artır

Böyük Britaniyanın ən nüfuzlu beynəlxalq media qurumlarından biri olan "The Guardian" analitik hesabatında yazır ki, ABŞ İran əleyhinə hərbi addım atacağı təqdirdə, bu hücumun əsas məqsədi ölkənin nüvə proqramını zəiflətmək deyil, daha çox “İran hakimiyyətinin siyasi rəhbərliyini” hədəfə almaq olacaq.

Gunaz.tv

Siyasi, iqtisadi və beynəlxalq prosesləri geniş şəkildə işıqlandıran və araşdırma xarakterli reportajları ilə çoxsaylı media və xəbər qurumları üçün istinad mənbəyi sayılan Qardian qeyd edir: “ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatının məqsədi yalnız nüvə proqramına zərbə vurmaq deyil, hakimiyyətin siyasi gücünü zəiflətmək olacaq.”

Qərbli müşahidəçilərin fikrincə, ABŞ İsrail Hərbi Hava Qüvvələri ilə koordinasiya şəraitində Tehranda əsas siyasi fiqurları hədəfə alan hücum həyata keçirmək üçün kifayət qədər hərbi potensiala malik ola bilər.

Qəzet həmçinin vurğulayır ki, gərginliyin artması fonunda İran fond bazarı misli görünməmiş eniş yaşayıb və inflyasiya səviyyəsi təxminən 60 faizə çatıb. Bu mərhələdə gərginliyin azaldılması üçün konkret diplomatik addımlar müşahidə olunmur və İran rəsmiləri hər hansı hərbi müdaxiləni ciddi təhdid kimi dəyərləndirirlər.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar