SON XƏBƏRLƏR

Sadiq Qüdsi və İlya Qüdsi rejim qüvvələri tərəfindən öldürülüb

2026.01.27, 11:31
Sadiq Qüdsi və İlya Qüdsi rejim qüvvələri tərəfindən öldürülüb

Qərbi Azərbaycan əyalətinin Tikantəpə şəhərindən olan iki gənc Azərbaycan türkü Sadiq Qüdsi və İlya Qüdsi Tehranın Qala Həsən Xan şəhərində hökumət qüvvələri tərəfindən rejim qüvvələri tərəfindən öldürülüb.

Gunaz.tv

Məlumatlı mənbələrə görə, Sadiq Qüdsi və onun əmisi nəvəsi İlya Qüdsi Qala Həsən Xan (Şəhr-e-Qüds) şəhərində keçirilən etiraz aksiyaları zamanı rejim qüvvələri tərəfindən arxadan vurularaq qətlə yetiriliblər.

Rejim hər birinin cəsədlərini təhvil vermək üçün 800 milyon tümən tələb edib. Lakin ailələr bu məbləği ödəyə bilməyiblər və rejim qüvvələri ailələrdən uşaqlarının Bəsic qüvvələrinin üzvü olduğu və "terrorçular" tərəfindən öldürüldüklərini elan etmək öhdəliyi götürdükdən sonra cəsədləri təhvil veriblər.

Sadiq Qüdsi 38 yaşında idi və iki uşağı var idi. İlya Qüdsinin isə 17 yaşı var idi. Onlar əslən Qərbi Azərbaycanın Tikantəpə şəhərinin Hampa kəndindən idilər.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar