SON XƏBƏRLƏR

İran sualtı qayığının fotolarını yayaraq ABŞ-nı təhdid etdi

2026.01.27, 13:53
İran sualtı qayığının fotolarını yayaraq ABŞ-nı təhdid etdi

ABŞ qüvvələrinin İranın su sərhədlərinə yaxın bölgələrdə yerləşməsi ilə eyni avxtda İran ehtimal olunan hücuma qarşı tədbirlər gördüyünü bildirir.

Gunaz.tv

Bu qəbildən olan müdafiə və hücum tədbirlərinin görülməsinə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayığın döyuş hazırlığı vəziyyətinə gətirilməsi də daxildr.

SEPAH 9 nəfərlik heyəti olan yeni sualtı qayığın fotolarını yayaraq, ABŞ-a xəbərdarlıq edib və istənilən hücuma kəskin cavab verəcəyi ilə hədələyib.

Qeyd edək ki, fotoları yayılan sualtı qayığın başqa modeli bundan əvvəl sınaq üçün suya salınandan bir neçə dəqiqə sonra dənizin dibinə batmışdır.

Bəzi media orqanlarının yazdığına görə, sualtı qayığı xilas etmə xərcləri yenisini istehsal etməkdən baha başa gəldiyinə görə, SEPAH qayığın çıxarılmasına cəhd göstərməyib.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar