SON XƏBƏRLƏR

Rusiya səfirliyi iranlı idmançılara viza vermədi

2026.01.27, 16:29
Rusiya səfirliyi iranlı idmançılara viza vermədi

Rusiyanın Tehrandakı səfirliyi İran güləş komandasına Yarygin Kuboku yarışlarında iştirak etmək üçün viza verməkdən imtina edib.

Gunaz.tv

Bu babrədə İSNA xəbər agentliyi məlumat yayıb.

Viza imtinasının səbəbi ilə bağlı heç bir məlumat yayılmayıb, ancaq ISNA xəbər agentliyi bildirir ki, Güləş Federasiyası bir ay əvvəl İran sərbəst güləşçiləri üçün Rusiya vizalarının alınması üçün inzibati prosedurlara başlasa da, Rusiya səfirliyi nəticədə İran komandasına yarışda iştirak etmək üçün viza verməkdən imtina edib.

Bundan əvvəl yanvarın 26-da da Xorvatiya səfirliyi Zaqreb Reytinq Yarışmasında iştirak etmək istəyən İran sərbəst və Yunan-Roma güləşi komandalarına viza verməkdən imtina edib.

Qeyd edək ki, İvan Yarıgin Kuboku Beynəlxalq Sərbəst Güləş Yarışması yanvarın 28-də başalayacaq və 5 gün davam edəcək.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar