SON XƏBƏRLƏR

Financial Times: İran Amerika ilə münaqişə ərəfəsinsə güc bölgüsü edir

2026.01.27, 20:58
Financial Times: İran Amerika ilə münaqişə ərəfəsinsə güc bölgüsü edir

Prezident Məsud Pezeşkian ölkəyə ediləcək hücum halında hökumətin fəaliyyətinin davamlılığını təmin etmək üçün bəzi səlahiyyətləri yerli qubernatorlara verib.

Gunaz.tv

Bu barədə "Financial Times" məlumat yayıb.

"Financial Times"ın bildirdiyinə görə, İran prezidenti Amerika və ya İsrail tərəfindən ölkəyə yeni hücumların baş verəcəyi təqdirdə, zəruri malların tədarükünü artırmaq və hökumətin fəaliyyətinin davamlılığını təmin etmək üçün təcili tədbirlərin icrasına başlayıb.

Prezident Pezeşkian bildirib ki, səlahiyyətlər əyalətlərə ona görə ötürülür ki, qubernatorlar məhkəmə orqanları və digər qurumların rəsmiləri ilə birbaşa əlaqə saxlaya və müstəqil qərarlar qəbul edə bilsinlər.

Məlumata görə, elan olunan tədbirlərə əsasən, qubernatorlara əvvəlki bürokratik prosedurları keçmədən, qonşu ölkələrlə barter kimi mexanizmlər vasitəsilə “xarici valyuta olmadan idxal” həyata keçirməyə icazə verilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar