SON XƏBƏRLƏR

Asiya çempionu boksçu və məşqçisi Güney Azərbaycanda saxlanılıb

2026.01.28, 06:26
Asiya çempionu boksçu və məşqçisi Güney Azərbaycanda saxlanılıb

Asiya çempionu boksçu Məhəmməd Məhşəri, məşqçisi Marağalı Bəhnam Dəniyali ilə birlikdə təxminən bir həftə əvvəl saxlanılıb və bu vaxta qədər onların saxlanıldığı yer və vəziyyəti ilə bağlı heç bir rəsmi xəbər və ya məlumat yoxdur.

Gunaz.tv

Alınan məlumatlara əsasən, bu iki idmançı Marağa şəhərinin boks üzrə heyət rəhbəri Hüseyn Mərzpur tərəfindən 18 və 19 Dey (8 və 9 yanvar) hadisələrinin lideri və təhrikçisi kimi təqdim edildikdən sonra SEPAH-ın kəşfiyyat qurumu tərəfindən saxlanılaraq Təbrizə aparılıblar.

Bir həftə keçməsinə baxmayaraq, ailələri və yaxınları hələ də tam xəbərsiz vəziyyətdədir və onların hansı təhlükəsizlik qurumunda və ya hansı saxlanma mərkəzində saxlanıldığı məlum deyil.

Bu məlumatsızlığın davam etməsi və məsul qurumların cavab verməməsi Məhəmməd Məhşəri və Bəhnam Dəniyalinin fiziki və hüquqi vəziyyəti ilə bağlı narahatlıqları ciddi şəkildə artırıb.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar