SON XƏBƏRLƏR

Əraqçi Trampa cavab verib: İran Amerika ilə danışıqlar üçün xahiş etməyib

2026.01.28, 13:56
Əraqçi Trampa cavab verib: İran Amerika ilə danışıqlar üçün xahiş etməyib

İran Amerika ilə danışıqlar üçün heç bir təklif və ya xahiş irəli sürməyib.

Gunaz.tv

unu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.

“Amerika ilə danışıqlar üçün heç bir xahişimiz olmayıb. Lakin üçüncü tərəflər vasitəçilik üçün səy göstərir və biz onlarla əlaqədəyik”, - Əraqçi bildirib.

Nazir əlavə edib ki, son günlərdə Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqə saxlamayıb.

Qeyd edək ki, bundan əvvəl Amerika Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində “İran danışmaq istəyir, biz danışacağıq” bəyanatını səsləndirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar