SON XƏBƏRLƏR

İranın BMT-dəki nümayəndəsi Amerika ilə dialoqa hazır olduqlarını və təzyiq göstəriləcəyi təqdirdə İranın özünü müdafiə edəcəyini bildirib

2026.01.28, 18:54
İranın BMT-dəki nümayəndəsi Amerika ilə dialoqa hazır olduqlarını və təzyiq göstəriləcəyi təqdirdə İranın özünü müdafiə edəcəyini bildirib

İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Tehranın qarşılıqlı hörmətə əsaslanan dialoqa hazır olduğunu, lakin təzyiq göstərilərsə, özünü müdafiə edəcəyini bildirib.

Gunaz.tv

Bu barədə Amerika prezidenti Donald Trampın sosial mediada paylaşdığı paylaşıma cavab olaraq məlumat verilib.

"Amerika Əfqanıstan və İraqa müdaxilə edərək 7 trilyon dollardan çox pul xərcləyib və 7000-dən çox amerikalı həyatını itirib. İran qarşılıqlı hörmət və maraqlara əsaslanan dialoqa hazırdır. Lakin təzyiq göstərilərsə, özünü müdafiə edəcək və əvvəlkindən daha güclü verəcək" - deyə bildirilib

Bu bəyanat Trampın Truth Social-da təyyarədaşıyan "Abraham Lincoln"un rəhbərlik etdiyi "nəhəng bir armada"nın İrana doğru irəlilədiyini yazmasından və Tehranın nüvə silahları ilə bağlı razılığa gəlməməsi halında daha pis bir hücumla bağlı xəbərdarlıq etməsindən sonra gəlib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar