SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı və Hindistan da İran idmançılarına viza vermədi!

2026.01.29, 00:07
Səudiyyə Ərəbistanı və Hindistan da İran idmançılarına viza vermədi!

Gunaz.tv

İran idmanına qarşı beynəlxalq boykotun yeni mərhələsində bir neçə ölkə İran komandalarına viza verməkdən imtina edib. Məlumata görə, Səudiyyə Ərəbistanı İranın milli velosiped komandası üçün viza verməyərək onların Asiya çempionatı yarışlarında iştirakına mane olub və komanda yarış imkanını itirib.

Hindistan isə Avarçəkmə Federasiyasının rəhbəri və Asiya Sakit Sular Konfederasiyasının icraiyyə heyətinin üzvü Əlirza Səhrabiyana viza verməyib. Nəticədə o, Asiya toplantısında iştirak edə bilməyib.

Son günlərdə Rusiya və Xorvatiya (Zaqreb) da İranın milli sərbəst güləş komandası üçün viza verilməsini rədd edib. Bununla əlaqədar olaraq, güləşçilər Rusiyada keçirilən İvan Yarıqin Kuboku və Zaqreb reytinq turnirində iştirakdan kənarda qalıb.

Viza verilməməsi ilə bağlı yaranan bu yeni vəziyyət İran idmançılarının mühüm beynəlxalq və regional yarışlarda iştirakına ciddi maneələr yaradıb.

 GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar