SON XƏBƏRLƏR

İran idman millilərinin bəzi üzvləri etirazlar fonunda komandalarını tərk ediblər

2026.02.01, 14:11
İran idman millilərinin bəzi üzvləri etirazlar fonunda komandalarını tərk ediblər

Gunaz.tv

Son etirazlar zamanı İran ərazisində yaşayan insanların zorakılıqla qarşılaşdığına dair xəbərlərin yayılması fonunda bir neçə tanınmış idmançı hökumətə deyil, xalqa dəstək verdiyini bildirərək milli komandalardan ayrılmaq qərarı verib.

Bu dalğanın ilk nümunəsi qadınlardan ibarət futbol millisinin üzvü Zəhra Əlizadə olub. O, “Instagram” hesabında paylaşdığı açıqlamada artıq milli komandada oynaya bilməyəcəyini və bu qərarı etirazlar zamanı insanların həyatını itirməsinə qarşı mövqe olaraq verdiyini bildirib.

Daha sonra komanda yoldaşı Kövsər Kəmalı da oxşar bəyanat yayaraq mövcud şəraitdə milli komandada qalmağı mümkün görmədiyini qeyd edib.

Həmçinin yayılan məlumatlara görə, Almaniya liqasında çıxış edən basketbolçu Behnam Yəxçali də etirazlara görə İran basketbol millisindən ayrılıb.

Bu addımlar beynəlxalq idman qurumlarının və qlobal ictimaiyyətin İranlı idmançıların vəziyyətinə dair narahatlığını artırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar