SON XƏBƏRLƏR

İran hökuməti repressiyalarda əfqanıstanlılardan da istifadə edib

2026.02.02, 14:13
İran hökuməti repressiyalarda əfqanıstanlılardan da istifadə edib

İranda baş verən etiraz aksiyalarında İran hökuməti etirazçılara qarşı repressiyalarda SEPAH-ın qurduğu və əfqanıstanlı şiələrdən ibarət "Fatemiyyun" qruplaşmasının xidmətindən də istifadə edib.

Gunaz.tv

Bu, qruplaşma üzvlərinə göndərilən mesajların ifşasından məlum olub.

Tehran hökuməti qrulaşma üzvlərinə göndərdiyi mesajlarda onların 12 gün müddətinə xidmətə cəlb olunduqlarını bildirib.

Repressiyalarda iştirak edən "Fatemiyyun" üzvlərinə hər gün 300 dollar ödəniləcəyi vəd edilib.

Qeyd edək ki, bundan əvvəl İraq, Pakistan, Yəmən, Livan və Əfqanıstandan olan İrana bağlı silahlı qruplaşmaların üzvlərinin repressiyalada iştirakı ilə bağlı məlumatlar yayılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar