SON XƏBƏRLƏR

ABŞ və İran cümə günü İstanbulda danışıqlar aparacaq

2026.02.02, 20:12
ABŞ və İran cümə günü İstanbulda danışıqlar aparacaq

Gunaz.tv

“Jerusalem Post” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və İranın xarici işlər naziri Abbas Araqçi cümə günü İstanbul şəhərində görüşəcəklər. Qəzetin yazdığına görə, bu ehtimal olunan görüşün əsas mövzusu Tehran və Vaşinqton arasında nüvə razılaşmasına nail olmaq imkanlarının müzakirəsi olacaq.

Eyni zamanda, Çinin dövlət televiziya şəbəkəsi də bu xəbəri təsdiqləyərək bildirib ki, Uitkof və İranın xarici işlər naziri cümə günü İstanbulda görüşəcəklər. Lakin görüşün gündəliyi ilə bağlı əlavə detallar açıqlanmayıb.

Bu görüş son həftələrdə İran, ABŞ və onların Qərb müttəfiqləri arasında gərginliyin artdığı bir vaxtda gündəmə gəlir və nüvə danışıqlarının yenidən başlanması ilə bağlı ehtimalların beynəlxalq mediada əsas mövzulardan birinə çevrildiyi qeyd olunur.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar