SON XƏBƏRLƏR

4,5 bal gücündə zəlzələ Şərqi Azərbaycanı silkələdi

2026.02.04, 01:10
4,5 bal gücündə zəlzələ Şərqi Azərbaycanı silkələdi

Gunaz.tv

Şərqi Azərbaycan əyalətində 4,5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların mərkəzi Şəbistər rayonunun Sis şəhəri ətrafı olub. Zəlzələ Təbriz, Mərənd və Qərbi Azərbaycan əyalətinin bəzi bölgələrində də hiss edilib. Yeraltı təkanlar yerli vaxtla saat 22:31-də baş verib.

Seysmoloji məlumatlara əsasən, zəlzələ təxminən 10 kilometr dərinlikdə qeydə alınıb və episentr Sis və Şəbistər ərazisinə yaxın olub. Təbriz və ətraf şəhərlərdə yaşayan insanlar zəlzələ dalğalarını açıq şəkildə hiss ediblər. İndiyədək can və ya maddi ziyanla bağlı rəsmi məlumat yayılmayıb.

Zəlzələdən sonra Təbrizdə bəzi sakinlər mümkün afterşoklardan ehtiyatlanaraq açıq ərazilərə çıxıblar. Mütəxəssislər bildirirlər ki, Şimal-qərb bölgəsi aktiv seysmik qırılmalar üzərində yerləşdiyi üçün daim yüksək risk zonasındadır və hazırlıq səviyyəsi artırılmalıdır.

Təbriz və ətraf bölgələr tarix boyu dəfələrlə güclü zəlzələlərə məruz qalıb ki, bu da təhlükəsizlik və maarifləndirmənin vacibliyini bir daha önə çıxarır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar