SON XƏBƏRLƏR

İran yaşlı qadını haqlı tənqidlərinə görə üzr istəməyə məcbur edib

2026.02.04, 11:36
İran yaşlı qadını haqlı tənqidlərinə görə üzr istəməyə məcbur edib

İran İslam Respublikası rejimi son günlərdə sosial mediada geniş yayılmış tənqidi videosu ilə tanınan yaşlı bir Azərbaycanlı qadını üzr istəməyə məcbur edib.

Gunaz.tv

Tənqidi videolarının internetdə geniş yayılmasının ardınca yaşlı qadın yeni bir video yayaraq əvvəlki mövqelərindən geri çəkilib və "Bəsic və İnqilab Keşikçiləri Korpusunu" dəstəklədiyini bəyan etməyə məcbur edilib.

Sosial media istifadəçiləri və fəallar yaşlı, adi bir kənd qadınına qarşı bu cür təzyiqin tətbiqini repressiyaların güclənməsinin və rejimin xalq etirazları qarşısında çarəsizliyinin və acizliyinin göstəricisi kimi qiymətləndirdilər.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar