SON XƏBƏRLƏR

AB İranı çətin vəziyyətə salıb - Çin nəşri

2026.02.05, 11:19
AB İranı çətin vəziyyətə salıb - Çin nəşri

Avropa Birliyinin SEPAH-ı terrorçu kimi tanıması barədə qərarı İslam Respublikasının vəziyyətini daha da pisləşdirib.

Gunaz.tv

Bunu Çin hökumətinə bağlı "Paper" onlayn nəşri yazıb.

Nəşrin yazdığına görə, Avropanın qərarı diplomatik və siyasi səviyyədə ABŞ və İsrailin təzyiqini və hətta İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatları tamamlayır.

"Tehran Amerika, Avropa Birliyi, İsrail oxu qarşısında getdikcə daha çox təcrid olunmuş və müdafiə mövqeyindədir",- nəşr əlavə edib.

"Peaper" nəşri ötən gün dərc etdiyi təhlildə İran hökumətini iki çox çətin seçimlə üz-üzə qaldığını bildirib:

"Mövcud siyasətini davam etdirmək və beləliklə müharibəni və təcridi qəbul etmək, ya da nüvə materiallarının çatdırılmasından ballistik raketlərin dayandırılmasına və proksi qruplara yardımın kəsilməsinə qədər böyük və real güzəştlər etmək - bu da ölkə daxilində çox baha başa gələcək". 

Qəzet yazıb ki, top artıq tamamilə İslam Respublikasının meydanındadır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar