SON XƏBƏRLƏR

Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib

2026.02.05, 12:59
Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Gunaz.tv

Günaz TV APA-ya sitinadən xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Bundan başqa, qondarma Dağlıq Qarabağ Respublikasının müdafiə naziri olmuş Levon Mnatsakanyan da ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar