SON XƏBƏRLƏR

KAN: İranın proksi qüvvəsi husilər İsrail və ABŞ-a hücuma hazırdır

2026.02.05, 19:37
KAN: İranın proksi qüvvəsi husilər İsrail və ABŞ-a hücuma hazırdır

Gunaz.tv

İsrailin dövlət yayımçısı KAN xəbər verir ki, ABŞ-ın İrana mümkün hərbi zərbəsi halında Yəməndəki husilər – SEPAH-ın birbaşa nəzarətində olan vekil qüvvə – İsrailə və ABŞ hərbi gəmilərinə qarşı hücumlara başlamağa hazırdır.

İsrail təhlükəsizlik qurumlarının qiymətləndirməsinə görə, husilər raket və pilotsuz aparatlarla İsraili, eləcə də Qırmızı və Ərəb dənizlərində ABŞ-a məxsus gəmiləri hədəf ala bilər.

KAN bildirir ki, husilərə qarşı döyüşən yəmənli mənbələr Vaşinqtonu xəbərdar edərək, Tehranın münaqişəni genişləndirmək və beynəlxalq dəniz təhlükəsizliyini pozmaq niyyətində olduğunu vurğulayıb. Bu məlumatlar SEPAH-ın regionda sabitliyi bilərəkdən təhlükə altına atdığını göstərir.


GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar