SON XƏBƏRLƏR

Əraqçi: Zənginləşdirmə səviyyəsinin İranın ehtiyaclarına uyğun olaraq müəyyən edilib

2026.02.07, 13:29
Əraqçi: Zənginləşdirmə səviyyəsinin İranın ehtiyaclarına uyğun olaraq müəyyən edilib

İranın xarici işlər naziri Tehranın zənginləşdirilmiş uranı ölkə daxilində saxlayacağını, zənginləşdirmə səviyyələrini milli ehtiyaclara əsasən təyin ediləcəyini və Vaşinqtonla danışıqların yalnız nüvə məsələsi ilə məhdudlaşacağını deyib.

Gunaz.tv

"Zənginləşdirmə səviyyəsi İranın ehtiyaclarından asılıdır və zənginləşdirilmiş uran ölkədən çıxarılmayacaq", - Əraqçi şənbə günü Əl-Cəzirəyə verdiyi açıqlamada bildirib.

O, İranın nüvə məsələsinin yalnız danışıqlar yolu ilə həll edilə biləcəyini söyləyib.

Əraqçi dialoq yolunun hər hansı bir təhdid və təzyiq ilə müşahidə olunmamalı olduğunu deyib.

O, İranın zənginləşdirmə ilə bağlı "qane edici" bir razılaşma əldə etməyə hazır olduğunu iddia edib, lakin zənginləşdirmənin İranın hüququ olduğunu və davam etməli olduğunu bildirib. O, əlavə edib ki, sıfır zənginləşdirmə danışıqlar çərçivəsindən kənardadır və iddia edir ki, hətta obyektlərin bombalanması belə İranın imkanlarını aradan qaldıra bilməyib.

O, həmçinin İranın raket imkanları ilə bağlı hər hansı müzakirəni istisna edərək deyib: "Raketlərlə bağlı danışıqlar nə indi, nə də gələcəkdə mümkün deyil".

Əraqçi xəbərdarlıq edib ki, "Əgər Vaşinqton bizə hücum edərsə, İranın Amerika torpağına hücum etmək imkanı yoxdur, amma biz onların bölgədəki bazalarına zərbə endirəcəyik".

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar